Makqreqor: "Mən səhvə yol vermişəm"

Makqreqor: "Mən səhvə yol vermişəm"
15 Yan 2020 09:08

Döyüşçülərin Mütləq Çempionatının (UFC) iki çəki kateqoriyasında sabiq çempionu irlandiyalı Konor Makqreqor rusiyalı Həbib Nurmaqomedov ilə döyüşə hazırlıq dövründə alkoqollu içkilərdən istifadə edib. Makqreqorun şərhi barədə "MMA Junkie" portalı məlumat yayıb.

Nurmaqomedov-Makqreqor qarşılaşması 2018-ci ilin payızında keçirilib və tətbiq etdiyi ağrılı fənd sayəsində rusiyalının qələbəsi ilə başa çatıb.

İrlandiyalı döyüşçü deyib: "Mən Nurmaqomedovla döyüşdən əvvəl bütün həftəni içki qəbul etmişəm. Mən səhvə yol vermişəm. Lakin mən etiraf etmək və səhvimi düzəltmək üçün lazımınca cəsuram və bu addımı atdım. Ola bilər ki, mən ideal deyiləm, lakin buna çox yaxınam".

Realpress.az AZƏRTAC-a istinadən bildirir ki, 31 yaşlı Makqreqor UFC-nin ən populyar döyüşçülərindən biridir. O, keçirdiyi 25 qarışıq təkbətək qarşılaşmada 21 qələbə (18 vaxtından əvvəl) qazanıb və 4 dəfə məğlub olub. İrlandiyalı UFC-də ilk çempion titulunu 2015-ci ildə qazanıb. Daha sonra Makqreqor müxtəlif çəki kateqoriyalarında (yarıyüngül və yüngül), eyni zamanda, iki titula sahib idmançı kimi təşkilatın tarixində ilk döyüşçü adına layiq görülüb.

Makqreqor özünün növbəti döyüşünü yanvarın 19-da, amerikalı Donald Serrona qarşı keçirəcək. Təkbətək döyüş Las-Veqasda, UFC 246 turnirində təşkil olunacaq.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.