ABŞ Konqresindən 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı BƏYANAT

ABŞ Konqresindən 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı BƏYANAT
15 Yan 2020 09:45


ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Pol Qosar (Paul Gosar) 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata əsasən, bəyanatda Azərbaycanda “Qara Yanvar” kimi yadda qalan faciənin 1990-cı ilin yanvar ayında baş verdiyi, ozamankı SSRİ rəhbərliyinin azadlığı boğmağa və Azərbaycan xalqına öz siyasi iradəsini yeritməyə cəhd göstərdiyi diqqətə çatdırılır.

Buna baxmayaraq, bildirilir ki, o zaman, Azərbaycan xalqı Sovet əsarətinə qarşı təngə gəldiyini və onunla mübarizə əzmini nümayiş etdirib.

Qeyd olunur ki, Azərbaycan xalqının sülhpərəst etiraz və azadlıq çağırışlarına rəğmən, Sovet rəhbərliyi bu çağırışlara silah və tanklarla cavab verdi. Bunun nəticəsində, 147 nəfər mülki əhalinin qətlə yetirildiyi, yüzlərlə insanın yaralandığı və həbs olunduğu bəyanatda bildirilir.

Sovet İttifaqında əvvəlki müstəqillik hərəkatlarına qarşı qəddarlıqlara rəğmən, Azərbaycanlıların əzmkarlıq və qətiyyət nümayiş etdirdiyi, faciənin onlara qüvvə verdiyi və 1991-ci il avqust ayında müstəqilliyə gətirib çıxardığı diqqətə çatdırılır.

Bu monumental müstəqilliyin elanından sonra, Azərbaycanın regionda azadlıq mayakı rolunu oynadığı, ABŞ-la dost və müttəfiq olduğu xüsusi vurğulanır.

Bu xüsusda bəyanatda, həlak olanların xatirəsi yad edilir və Azərbaycan Respublikasının davamlı qüdrəti təntənəli surətdə qeyd olunur. Konqresin digər üzvləri də Qara Yanvarı yad etməyə çağırılır və Azərbaycanın müttəfiq rolu və azadlıq yolunda səyləri bir daha vurğulanır.

Bəyanatın ingilis dilində mətni ilə Konqresin https://www.congress.gov/116/crec/2020/01/09/CREC-2020-01-09-pt1-PgE22-5.pdf internet səhifəsində tanış olmaq mümkündür.

19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.