İranda yenə də avtobus aşdı: xeyli ölən və yaralanan var

İranda yenə də avtobus aşdı: xeyli ölən və yaralanan var
15 Yan 2020 11:43

İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Bərdsir rayonunda Məşhəd-Bəndər Abbas avtobusunun aşması nəticəsində 7 nəfər həlak olub.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Kirman vilayətinin Fövqəladə Hallar və Təcili Tibbi Yardımlar üzrə Mərkəzinin direktoru Məhəmməd Saberi deyib.

O bildirib ki, həlak olanların 5-i qadın, ikisi isə kişidir.

Mərkəz rəsmisi hadisə nəticəsində 31 nəfərin yaralandığını deyib.

Saberi əlavə edib ki, yaralılar xəstəxanalara yerləşdiriliblər və onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisənin yolun qarlı və sürüşkən olması nəticəsində baş verdiyi bildirilir.

Xatırladaq ki, 9 yanvarda İranın Mazandaran vilayətində avtobusun dərəyə aşması nəticəsində 20 nəfər həlak olub, 24 nəfər yaralanıb.


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.