“Juniper Research”: “5G” qoşulmalarının sayı 1,5 milyarda çatacaq”

“Juniper Research”: “5G” qoşulmalarının sayı 1,5 milyarda çatacaq”
15 Yan 2020 12:44

“Juniper Research” şirkəti dünyada beşinci nəsil mobil rabitə şəbəkələrinə (5G) qoşulmaların illik sayının orta hesabla 150 faiz artaraq 2025-ci ildə 1,5 milyarda çatacağını proqnozlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, mütəxəssislərin məlumatına görə, 2019-cu ildə yeni nəsil şəbəkələrə təxminən 5 milyon qurğu qoşulub.

 

Texnologiya dünyada “5G” kommersiya şəbəkələrini ilk dəfə istifadəyə verən ABŞ və Cənubi Koreyada daha sürətlə tətbiq olunur. Şirkətin proqnozuna görə, 2020-ci ildə yeni standartdan istifadə edəcək bütün abunəçilərin 3/4 hissəsi ABŞ və Cənubi Koreyanın payına düşəcək.

 

Bildirilir ki, ABŞ və Cənubi Koreya operatorları abunəçilərin cəlb edilməsi məqsədilə “5G” xidmətlərinin tariflərini kəskin azaldırlar. Lakin ekspertlər xəbərdarlıq ediblər ki, bu strategiya səbəbindən telekommunikasiya şirkətləri gələcəkdə “5G” şəbəkələrinə yatırılan investisiyaların əksər hissəsini qarşılaya bilməyəcəklər.

 

Bununla yanaşı, Avropa kimi digər regionlarda rabitə tədarükçüləri standartın tətbiqinin ilkin mərhələsində mədaxili maksimuma çatdırmağa və “4G” ilə müqayisədə “5G” üçün daha yüksək tariflər müəyyənləşdirməyə çalışırlar.

 

Xatırladaq ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.