Elastik və davamlı batareya təqdim edilib

Elastik və davamlı batareya təqdim edilib
15 Yan 2020 15:07

"Jenax" şirkəti tərəfindən təqdim edilmiş elastik və davamlı batareyaların gələcəkdə pilotsuz uçan aparatlarda istifadəsi planlaşdırılır ki, bu da qurğuların sürətini və uçuş uzaqlığını artıracaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Cənubi Koreyanın "Jenax" şirkəti ultranazik, elastik və yenidən enerji ilə doldurulan "J.Flex" litium-ion batareyası hazırlayıb. İstehsalçılar izah ediblər ki, yenilik "müasir texnologiyalarla (məsələn, elastik displeyə malik telefonlar və ya yığcam qurğular) daha yaxşı qarşılıqlı əlaqə yaradılması üçün lazımdır. "Biz yalnız yeni batareya formasını hazırlamır, həmçinin onları əvvəllər işləməyəcəyi yerlərdə quraşdırırıq" – şirkətin nümayəndəsi deyib.

 

Şirkət əmindir ki, yeni hazırlama gələcəkdə qurğuları adi litium-ion batareyaları ilə müqayisədə enerji ilə daha yaxşı dolduracaq. Yaradıcılar qeyd ediblər ki, yeni batareyaları pilotsuz uçan aparatlarda istifadə etmək planlaşdırılır: uçan aparatın qanadlarında və ya şassisində quraşdırılmış elastik batareya korpusda başqa komponentlər üçün boş yer saxlayacaq.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.