“Altın Kelebey”in keçirilmə tarixi açıqlandı

“Altın Kelebey”in keçirilmə tarixi açıqlandı
15 Yan 2020 16:40

Türkiyənin nüfuzlu "Altın Kelebek" mükafat mərasiminin keçirilmə tarixi açıqlanıb.

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2019-cu ildə mədəniyyət və televiziya sahəsində uğur qazananlar 28 fevral tarixində mükafatlandırılacaqlar.

Qısa fasilədən sonra ikinci tur səsverməsinə start verilib. Birinci mərhələdə ən çox səs toplayan şəxslər ikinci turda qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, qalib 70 faiz xalq, 30 faiz isə münsif səsverməsi əsasında müəyyənləşəcək. Hər il olduğu kimi yenə jüridə film, musiqi və televiziya dünyasının parlaq simaları yer alacaq.

Qeyd edək ki, məşhurlarımız arasında Xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, Elçin Cəfərov, Murad Arif, Xəyyam Nisanov, Azad Şabanov, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva "ilin ən parlaq ulduzu" nominasiyası üzrə mübarizə aparırlar.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.