Süleymanini ABŞ-a satan şəxsin yeganə şərti bilindi

Süleymanini ABŞ-a satan şəxsin yeganə şərti bilindi
16 Yan 2020 10:43

İraqın paytaxtı Bağdad şəhərində ABŞ ordusunun keçirdiyi əməliyyat nəticəsində öldürülən general Qasım Süleymanini Bəşər Əsəd rejiminin yüksəkçinli rəsmisi ələ verib.

“The Independent Arabic”in Qərb kəşfiyyatına istinadən ortaya atdığı iddiaya əsasən, suriyalı rəsmi Süleymaninin Suriya torpaqlarında getdiyi yerlərə dair informasiya ilə yanaşı, onun və yaxınlığındakıların mülki təyyarə ilə səyahət məlumatlarını da ABŞ-a ötürüb.

Uzun müddətdir, ABŞ kəşfiyyatı ilə əməkdaşlıq edən suriyalı ABŞ tərəfinə Süleymaninin Suriya torpaqlarında öldürülməməsi ilə bağlı şərt qoyub.

Süleymaninin təyyarədə olduğundan əmin olan ABŞ kəşfiyyatı onunla birlikdə səyahət edən “Haşdi-Şabi” liderinin müavini Əbu Mehdi əl-Mühəndisin də telefonunu dinləməyə başlayıb və bu yolla əl-Mühəndislə Süleymani arasındakı dialoqu anbaan qeydə alıb.

Kəşfiyyat dinləmələr nəticəsində Süleymani və əl-Mühəndisin ABŞ-la İsrailə qarşı İraq, Suriya, Livan və digər bölgələrdə böyük əməliyyatlar keçirməyə hazırlaşdıqlarını müəyyən edib.

23 Apr 2024
Dünya

Yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon tondan çox yük daşınıb

2024-cü ilin yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon 69 min 881 ton yük daşınıb.

23 Apr 2024
Dünya

Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO

Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.

23 Apr 2024
Dünya

Avro və lirə ucuzlaşdı - Məzənnələr

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

23 Apr 2024
Dünya

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq.