Prezident Administrasiyası rəsmisindən mediaya ÇAĞIRIŞ

Prezident Administrasiyası rəsmisindən mediaya ÇAĞIRIŞ
16 Yan 2020 11:03


Parlament seçkiləri bugünkü gündəmin əsas mövzusudur. 

realpress.az-ın məlumatına görə, bunu Avropa Şurasının Mərkəzi Seçki Komissiyası ilə birlikdə keçirdiyi “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyasında Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib. 

O bildirib ki, 2019-cu ildə Azərbaycanda həyata keçirilən islahatlar həm mahiyyət, həm də keyfiyyətinə görə əvvəlki illərdən fərqlənib. 

S.Yusifovanın sözlərinə görə, aparılan genişmiqyaslı islahatlar ictimai münasibətlərə də öz müsbət təsirini göstərir. 

S.Yusifova əlavə edib ki, parlament seçkilərinin keçirilməsi də islahatların tərkib hissəsidir. PA rəsmisi bildirib ki, seçkilər müasir standartlar çərçivəsində keçiriləcək. 

S.Yusifova qeyd edib ki, media seçki prosesində aktiv iştirak edir.

“Seçkilər dövründə media prosesləri obyektiv işıqlandırmalıdır. Bütün namizədlərə bərabər şərait yaradılmalıdır”, - deyə S.Yusifova bildirib.

O əlavə edib ki, seçki prosesində qanunvericiliyin pozulması halları da istisna deyil. 


18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

18 Apr 2024
Siyasət

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.