İran Prezidenti: "ABŞ geri çəkilməyə məcbur oldu"

İran Prezidenti: "ABŞ geri çəkilməyə məcbur oldu"
16 Yan 2020 15:32

İranın İraqda ABŞ-ın Eynül-Əsəd hərbi bazasına hücumdan sonra ABŞ geri çəkilməyə məcbur oldu.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani İranın Mərkəzi Bankının 59-cu forumunda deyib. H.Ruhaninin sözlərinə görə, ABŞ-ın çox önəmli regional hərbi bazasını raketlə atəşə tuta biləcək çox az ölkə var.

Ruhani əlavə edib ki, İranın gecə ikən ABŞ-ın hərbi bazasına hücumu Pentaqonu 24 saat ərzində oyaq saxladı. Bu da ABŞ-ı İranı hədələməkdən geri çəkilməyə məcbur etdi.

İran prezidenti bildirib ki, ABŞ prezidenti Donald Tramp İranın reaksiya verdiyi halda, ABŞ-ın İranın 52 önəmli obyektini, o cümlədən mədəni və tarixi obyektini məhv edəcəyini bildirmişdi. Lakin İranın hücumu onun bu danışıq ritorikasını dəyişdirdi.

Qeyd edək ki, 3 yanvarda ABŞ-ın hücumu nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qüvvələri komandanı general Qasim Süleymani və bir neçə nəfər öldürülüb. İran bu hücuma reaksiya olaraq 8 yanvarda İraqda ABŞ-ın hərbi bazasına raket hücumu həyata keçirib.


29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.