“Toyota” uçan taksi istehsalı üçün texnologiyanın inkişafına təxminən 400 milyon dollar sərmayə qoyur

“Toyota” uçan taksi istehsalı üçün texnologiyanın inkişafına təxminən 400 milyon dollar sərmayə qoyur
16 Yan 2020 16:26

Yaponiyanın nəhəng avtomobil korporasiyası “Toyota” uçan nəqliyyat vasitələrinin hazırlanması və istehsalı ilə məşğul olan ABŞ-ın “Joby Aviation” şirkətinə $394 milyon sərmayə qoyur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, "hava daşımaları “Toyota” şirkətinin uzunmüddətli hədəfi idi. Hələ ki avtomobil biznesində işimizi davam etdiririk, indiki razılaşma isə bizə səmaya baxış yönəltməyə imkan verir. Biz “Joby” şirkəti ilə birgə hava daşımaları məsələsini həll etmək və nəqliyyat sahəsində dəyişikliklər üçün potensialı inkişaf etdirmək niyyətindəyik" – deyə “Toyota” şirkətinin prezidenti Akio Toeda qeyd edib.

 

Hər iki şirkət uçan taksi texnologiyalarını sonrakı kütləvi istehsal məqsədi ilə inkişaf etdirmək niyyətindədir. Tərəflər əməkdaşlığın daha konkret planlarını sonra elan edəcəklər.

 

Hazırda “Joby Aviation” artıq 6 rotor və elektrik mühərrikinə malik “S4” modelinə malikdir. Bu nəqliyyat vasitəsi 4 sərnişini təxminən 200 km məsafəyə daşımaq imkanına malikdir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.