Şirvan şəhərində iki yeni Elektron ATS istifadəyə verilib

Şirvan şəhərində iki yeni Elektron ATS istifadəyə verilib
17 Yan 2020 09:46

“Aztelekom” MMC tərəfindən Şirvan şəhərində telefon çəkilişi, əhatə dairəsinin genişləndirilməsi, genişzolaqlı internetə olan tələbatın keyfiyyətlə ödənilməsi məqsədilə bir sıra işlər həyata keçirilib.

 

Belə ki, şəhərin Bülbül küçəsində yeni salınmış yaşayış massivinin telefonlaşdırılması məqsədilə Mərkəzi Elektron ATS-dən 1700 metr uzunluğunda kabel-kanal xətti çəkilərək sakinlərin rabitə xidmətlərinə olan tələbatını ödəmək üçün 1040 nömrə tutumlu Elektron ATS istifadəyə verilib.

 

Bundan başqa şəhərin İsmət Qayıbov küçəsində istismar müddəti başa çatmış 3000 metr uzunluğunda kabellər yeni tip kabellərlə əvəz olunub. Əraziyə xidmət edən Elektron ATS-də yeni NGN tipli avadanlıqlar quraşdırılıb, nömrə tutumu artırılaraq 928 nömrəyə çatdırılıb. Parametrlərə cavab verməyən kabellərin dəyişdirilməsi, yeni avadanlıqların quraşdırılması nəticəsində abunəçilərə göstərilən telefon və genişzolaqlı internet xidmətində yaranmış texniki problemlər aradan qaldırılıb.

 

2019-cu il ərzində şəhərin müxtəlif ünvanlarında daxili xətt şəbəkəsində genişləndirmə, montaj və digər zəruri işlər görülüb.

 

Şəhər üzrə görülən işlər nəticəsində telefon və internet abunəçilərinin sayında ciddi artım baş verib.

 

Qeyd edək ki, cari ildə də Şirvan şəhərində rabitə və genişzolaqlı xidmətlərin çeşidlərinin artırılması istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Realpress.az



18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.