İranın Ali Dini rəhbəri Seyid Əli Xamenei Tehranda cümə namazından sonra etdiyi çıxışda bildirib ki, İran İslam Respublikası ABŞ-ın İraqda yerləşən hərbi bazalarına zərbə endirməklə onların təkəbbürünə “şillə vurub”.
“RİA Novosti” agentliyi xəbər verir ki, İranın birinci şəxsi çıxışının davamında SEPAH-ın ABŞ-ın təkəbbürünə zərbə vurduğu günü – Allahın xoş günü kimi dəyərləndirib.
Qeyd edək ki, İranın Ali Dini rəhbəri ayətullah Seyid Əli Xamenei səkkiz illik fasilədən sonra ilk dəfə Tehrandakı “Musallah” məscidində cümə namazı qılıb və çıxış edib.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.