Ukrayna baş nazirinin istefa səbəbi açıqlandı: Telefon danışığı

Ukrayna baş nazirinin istefa səbəbi açıqlandı: Telefon danışığı
17 Yan 2020 16:52


Xəbər verdiyimiz kimi, yanvarın 17-də Ukraynanın Baş naziri Aleksey Qonçaruk istefa verib.

TASS agentliyi Qonçarukun istefa səbəblərini açıqlayıb. 

Məlumatlara görə, yanvarın 15-də “Prezidenti necə aldatmalı” adlı “YouTube” kanalında Qonçarukun Ukrayna Milli Bankının sədr müavini Yekaterina Rojkova və Maliyyə naziri Oksana Markarova ilə dolların kursu və iqtisadi məsələlər barədə telefon danışığının  səs yazısı yayılıb.  

Səs yazısında Qonçarukun olduğu ehtimal edilən şəxs prezidentin iqtisadi proseslər haqqında çox primitiv anlayışının olduğunu deyib.

Mediada yayılan məlumatlara görə, bu səs yazısı “Xalqın xidmətçisi” fraksiyasının iclasında səsləndiriləndən sonra mübahisə yaranıb. İddialara görə, deputatlar Qonçaruka qəzəblənib və bəziləri hökumət başçısına etimadsızlıq təklifi ilə çıxış edib.

Qonçaruk baş verənlərlə bağlı “Facebook”da bildirib ki, səsi montaj edilib və baş nazirin prezidentə hörmət etmədiyi barədə təsəvür yaradılıb. O, bu qənaətin yaranmasının maliyyə axınlarına çıxış əldə etmək istəyən bir çox qruplara sərfəli olduğunu vurğulayıb.

Baş nazir bununla bağlı olaraq komandasının “prezidentə hörmət və etimad şübhələrini aradan qaldırmaq üçün” istefa məktubu yazdığını bildirib.


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.