Dünya İT bazarının həcmi 4 trilyon dollara yaxınlaşır

Dünya İT bazarının həcmi 4 trilyon dollara yaxınlaşır
18 Yan 2020 10:28

"Gartner" analitik şirkəti 2020-ci ildə informasiya texnologiyaları (İT) üçün qlobal xərclərin 3,9 trilyon dollara çataraq 2019-cu illə müqayisədə 3,4 faiz artacağını proqnozlaşdırır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, şirkət analitiklərinin gözləntilərinə görə, 2021-ci ildə dünya İT bazarının həcmi 4 trilyon dolları ötərək 3,7 faizlik artım nümayiş etdirəcək. 2019-cu ildə bu göstərici 0,5 faiz – 3,7 trilyon dollaradək yüksəlib.

 

İT sahəsində ən sürətlə inkişaf edən istiqamət kimi mütəxəssislər tərəfindən korporativ proqram təminatı qeyd olunur. 2020-ci ildə müəssisələrə proqram təminatının satışından əldə edilən mədaxil 10,5 faiz artaraq 503 milyard dollar təşkil edəcək. Kateqoriya daxilində hərəkətedici qüvvə "SaaS" (Software as a service – proqram təminatı xidmət kimi) "bulud" xidmətləri, o cümlədən müştərilərlə münasibətlərin idarə edilməsi (Customer Relationship Management, CRM) üçün həllər olacaq.

 

Proqnozlara görə, 2022-ci ilədək "bulud" həlləri üçün korporativ İT xərcləri ənənəvi (lokal) İT məhsulları üçün xərclərdən daha tez artacaq.

 

İT bazarı ilə müqayisədə daha böyük artım ümumilikdə İT xidmətləri seqmentində gözlənilir. 2020-ci ildə bu istiqamətdə qlobal xərclər 5 faiz artaraq 1,08 trilyon dollara, 2021-ci ildə isə 1,14 trilyon dollara (5,5 faiz artım) çatacaq.

 

Şirkətin data mərkəzlərinin avadanlıqları üçün xərclər üzrə proqnozunda 2020-ci ildə data mərkəzləri infrastrukturuna investisiyalar 1,9 faiz – 208 milyard dollaradək yüksələcək. 2021-ci ildə bu seqmentin həcmi 1,5 faiz yüksələrək 2122 milyard dollar təşkil edəcək.

 

Bu il qurğuların, o cümlədən fərdi kompüter, planşet və mobil telefonların alış həcmi 0,8 faiz artaraq 688 milyard dollara çatacaq. Növbəti ildə isə bazarda 0,3 faiz – 685 milyard dollaradək azalma gözlənilir. Analitiklərin fikrincə, "Windows 10" əməliyyat sisteminə keçidlə əlaqədar güclənən korporativ sektor tərəfindən fərdi kompüterlərə tələbat müəyyən müddət artmaqda davam edəcək. Bununla yanaşı, "Gartner" şirkəti "Intel" prosessorlarının çatışmazlığına görə mümkün qısamüddətli mənfi nəticələr barədə xəbərdarlıq edib.

 

2020-2021-ci illərdə İT bazarının ən böyük seqmenti rabitə xidmətləri olaraq qalacaq. Bu istiqamətdə xərclər müvafiq olaraq 1,38 və 1,41 trilyon dollar, artım tempi isə 1,5-2,1 faiz səviyyəsində gözlənilir.

Realpress.az

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.