Quru meyvələrin faydası

Quru meyvələrin faydası
18 Yan 2020 11:58

Soyuq fəsillərdə quru meyvələrə daha çox tələbat olur. Təbii yolla qurudulmuş meyvələrin tərkibində orqanizm üçün vacib maddələr var.

Realpress.az bildirir ki, quru meyvələr nə çox bərk, nə də əziləcək qədər yumşaq olmalıdır, çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahat yeyilən olmalıdır. Meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığından xəbər verir. Həmin hal məhsulun keyfiyyətini aşağı salır.

Ərik qurusu həzm probleminə yaxşı təsir edir. Tərkibi bol miqdarda A, E, eləcə də B qrupu vitaminləri və kaliumla zəngin olan meyvə stressin də qarşısını alır, qan azlığını aradan qaldırır. Eyni zamanda görmə funksiyasını yaxşılaşdırır, immuniteti gücləndirir.

Banan qurusu karbohidratlarla zəngindir və bir çox xəstəliklərin dərmanıdır. Qan təzyiqini aşağı salır, hüceyrənin inkişafını, əzələ toxumasının tənzimlənməsini təmin edir, ürək döyüntüsünü normallaşdırır.

Gavalı qurusu da çox xeyirlidir. Tərkibində olan zəngin kalium və maqneziuma görə böyrək və revmatizm xəstəlikləri zamanı müsbət təsir göstərir, sümükləri möhkəmləndirir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.