Medvedevin yeni vəzifəsi: Putinin “sağ əli” oldu

Medvedevin yeni vəzifəsi: Putinin “sağ əli” oldu
20 Yan 2020 11:31


Rusiya Dövlət Duması yanvarın 20-də keçmiş Baş nazir Dmitri Medvedevin tutacağı Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsinin yaradılmasını təsdiqləməlidir. Bəzi ekspertlər bu təyinatı “vəzifənin endirilməsi” kimi qiymətləndirsə də, əslində, Medvedev Putinin təhlükəsizlik sahəsində “sağ əli”, ən vacib orqanlardan birində isə ikinci şəxs olacaq.

RT-nin məlumatına görə, Medvedin səlahiyyətlərinin çərçivəsi hələlik müəyyən deyil, çünki buna qədər Rusiyada sözügedən vəzifə mövcud olmayıb.

Bəzi ekspertlər yanlışlıqla eks-baş nazirin Təhlükəsizlik Şurası katibi Nikolay Patruşevin müavini olacağını düşünərək, bunu Medvedevin mövqelərinin zəifləməsi kimi qiymətləndiriblər. Əslində, isə vəziyyət əksinədir. Yeni konfiqurasiyada Medvedev Təhlükəsizlik Şurası katibinin deyil, onun sədri Vladimir Putinin “sağ əli” olacaq.

Gazeta.ru-ya danışan rus politoloq Stanislav Belkovskinin sözlərinə görə, sözügedən təyinat Medvedevin faktiki olaraq vitse-prezident olması anlamına gəlir:

“Aparatdakı çəkisi və Qərbdəki əlaqələri Medvedevə hətta yeni vəzifədə daha az səlahiyyətləri olsa belə, prezidentin “xüsusi tapşırıqları”nı yerinə yetirməyə imkan verəcək”.

Medvedevin yeni vəzifəsi rəsmi qaydada təsdiq olmasa da, onun fəaliyyət dairəsi təxmin edilir. Medvedevi bu vəzifəyə təyin etməklə Putin ona ölkənin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılmasını tapşırıb. Keçmiş baş nazirin bundan sonra müdafiə və güc strukturları sahəsində özünəməxsus “moderator” olacağı ehtimal edilir.

19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.