Arının ölüsü də insan üçün xeyirlidir - VİDEO

Arının ölüsü də insan üçün xeyirlidir - VİDEO
21 Yan 2020 09:56

Qırx milyon il əvvəl yaranan arılar bir vaxtlar qədim yunanlılar və romalılar tərəfindən "Günəşin qızı", "Müqəddəs varlıq" hesab olunub.

Arıları istehsal etdiyi dəyərli təbii məhsullarına görə loğman da sayırlar. Milyonlarla çiçəkdən topladığı bal kimi, arının ölüsündən də dərman vasitəsi olaraq istifadə edilir. Qədim zamanlardan loğmanlar tərəfindən arının ölüsündən xüsusi dərmanlar hazırlanırmış. Qərb bölgəsində arıçılar bu dəyərli canlının balı ilə yanaşı, ölüsündən də faydalanırlar.

Realpress.az AZƏRTAC-a istinadən bildirir ki, iyirmi ildir arıçılıqla məşğul olan Qazax şəhər sakini, arıçı İlqar Həsənov təkcə bal götürməklə kifayətlənmir. O, arının ölüsünün də xeyirli olduğunu söyləyir.

 

Ölü arılardan dərman hazırlayan İlqar Həsənov deyir ki, cəmi 40-45 gün ömrü olan arının ölüsü yüzə qədər xəstəliyin sağalmasında köməkçi vasitədir. Arı südünün, mum güvəsindən hazırlanan məhsulun əks təsiri ola bilər, ancaq arı ölüsünün heç bir əks təsiri yoxdur. Yay mövsümündə arı ölüsündən hazırlanan dərmanlar daha effektiv olur.

Həmsöhbətimiz bildirib ki, bu canlıların ölüsü yaxşı qurudulmalıdır. "Toz halına salındıqdan sonra dərman vasitəsi hazırlanır. Arı ölüsündə olan xitozan maddəsi qanda xolestrinin azalmasına, bağırsaqların təmizlənməsinə kömək edir. Böyrək, zob, revmatizm xəstəliklərinə, qan təzyiqinin normallaşmasına müsbət təsir göstərir", - deyə arıçı qeyd edib.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.