Ən ucuz “Nokia” smartfonunun texniki xüsusiyyətləri məlum olub

Ən ucuz “Nokia” smartfonunun texniki xüsusiyyətləri məlum olub
21 Yan 2020 10:49

İnternetdə “Nokia” şirkətinin buraxacağı ən ucuz smartfonun texniki xüsusiyyətləri dərc edilib. Bu barədə “Nokiapoweruser” nəşrinin məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, yeni smartfona həsr edilən sənədlər ABŞ Federal Rabitə Komissiyasının (FCC) saytında yerləşdirilib. Sənədlərdə qurğunun adı “WT-130” kimi göstərilib. Nəşrin jurnalistləri əmindir ki, onun adı altında ucuz “Nokia 1.2” smartfonu gizlənir. Nəşr öz versiyasının sübutu kimi qurğunun digər ucuz “Nokia 2.2” smartfonunun ölçülərinə uyğun qabaritlərini göstərir.  

Sənəddə qeyd olunub ki, smartfon 2920 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək. Jurnalistlərin fikrincə, “Nokia 1.3” smartfonu 5,7 və ya 5,8 düym diaqonallı ekranla təchiz olunacaq. Onların sözlərinə görə, seriyada ən ucuz olacaq qurğunun digər xüsusiyyətləri “Nokia 2.2” smartfonunun spesifikasiyalarına bənzəyəcək.

2019-cu ilin iyununda təqdim edilən “Nokia 2.2” smartfonu 5,7 düym diaqonallı “IPS” displey, “Mediatek Helio A22” prosessoru, 2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaş, 13 meqapikselli kamera və 3 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. “Android One” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğunun qiyməti 100 dollar təşkil edib.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.