“Internet Explorer” brauzeri istifadə üçün təhlükəlidir

“Internet Explorer” brauzeri istifadə üçün təhlükəlidir
21 Yan 2020 14:30

Çinin “Qihoo 360” təhlükəsizlik üzrə tədqiqat qrupu “Internet Explorer” brauzerində yaddaşın email mexanizmi ilə bağlı boşluq aşkarlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, brauzer kodunda mövcud boşluqdan istifadə edən cinayətkar yoluxdurulmuş kompüterdə zərərli kodu məsafədən işə sala bilər. Proqramda səhvin mövcudluğunu ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin “US-CERT” bölməsinin mütəxəssisləri də təsdiq ediblər. Onların sözlərinə görə, boşluq artıq kibercinayətkarlar tərəfindən aktiv istifadə olunur.

 

Bildirilir ki, brauzerdə boşluq barədə məlumatlar yayıldıqdan sonra “Microsoft” korporasiyası problemin mövcudluğunu etiraf etsə də, təhlükəsizlik üzrə müvafiq proqram yenilənməsini təqdim etməyib. Beləliklə, hazırda “Windows” əməliyyat sisteminin təhlükəsizlik yenilənməsi ilə təmin edilməyən bütün versiyaları, o cümlədən “Windows 7” yoluxma təhlükəsi ilə üzləşib.

 

Klassik brauzerdən istifadə edən “Windows 10” istifadəçilərinə “Internet Explorer” üçün proqram düzəlişi buraxılanadək “Edge” brauzerinə və ya digər alternativ həllə keçmək tövsiyə edilir. Müvafiq təhlükəsizlik yenilənməsinin buraxılışı fevralın 11-nə planlaşdırılan mütəmadi əməliyyat sistemi yeniləməsinin tərkibinə daxil olacağı gözlənilir.

Realpress.az

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.