HUAWEI şirkəti HMS Core 4.0 platformasının bütün dünya üzrə buraxılışını elan etdi

HUAWEI şirkəti HMS Core 4.0 platformasının bütün dünya üzrə buraxılışını elan etdi
24 Yan 2020 12:38

HUAWEI şirkəti proqram istehsalçılarına əlavələrin hazırlanma effektivliyini və sürətini yüksəltməyə, həmçinin onların pula çevrilməsini yaxşılaşdırmağa imkan verən HMS Core 4.0 servislər dəstini işə saldı.

HMS Core — HUAWEI-nin açıq API ekosistemlərinin geniş bir bazasını təmin edən və proqramların yaradılması zamanı onların hazırlanması və yoxlanması üçün istifadə olunan alətlərin sayəsində biznes proseslərinin daha yaxşı təşkil olunmasına imkan verən bir platformadır. Mövcud olan Account Kit, Push Kit, Wallet Kit, Analytics Kit, Drive Kit və Game Service servisləri öz stabilliyini artıq sübut ediblər.

Yenilənmiş HMS Core 4.0 versiyası xidmətlərin geniş dəstini təqdim edir. Təqdim olunan ML (Machine Learning) Kit, Awareness Kit, Scan Kit, Nearby Service, Panorama Kit, Safety Detect, Dynamic Tag Manager, Fast Identity Online, Site Kit, Quick App, WisePlay, Health Kit və Identity Kit servisləri Chipset-Device-Cloud elementlərindən istifadə edən ən yeni proqramlardır və onlar istehsalçıların çoxfunksiyalı alətlər dəstini tamamlayırlar.

HMS versiyası Chipset-Device-Cloud imkanları arasında sinergiyanı yaradır, bu da qurğunun maksimum səviyyədə məhsuldarlığını artırır və enerji istehlakını optimallaşdırır. Buna HMS Core-nin açıq API-interfeyslərinin, inteqrasiyalanmış istehsal mühitinin və əlavələrin hazırlanması və yoxlanması üçün tam funksional platformanın alətlərinin tam dəstinin köməyi ilə nail olunur.

Universal əməliyyat dəstəyinin sayəsində HMS Core baza servislərinin geniş dəstinə malik keyfiyyətli proqramların istehsalını sürətləndirməyə imkan verir. Bu, istehsaldakı çətinlikləri aradan qaldırır, onun sayəsində istehsalçılar xərcləri azalda və diqqətlərini innovasiyalara yönəldə bilirlər.
Hal-hazırda HUAWEI şirkətində 1,3 milyondan çox istehsalçı qeydiyyatdan keçib, HMS Core platformasına isə 55 mindən çox proqram qoşulub. HMS Core platformasının açıqlığı və geniş innovasiya imkanları bu göstəricilərin gələcəkdə daha da artmasına kömək edir.

Daha ətraflı informasiya saytda təqdim edilib:

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.