Lukaşenko: Bunu etsəm, belaruslular məni “yeyərlər”

Lukaşenko: Bunu etsəm, belaruslular məni “yeyərlər”
24 Yan 2020 16:07


Belarusun suverenliyinin Rusiyaya “qarışma”sına icazə verə bilmərəm, əks halda, qərarın qəbulundan sonra bir il ərzində belaruslular məni “yeyərlər”.

Bu barədə “RİA Novosti” yazıb.

“Bizim öz ölkəmiz var, suveren və müstəqilik. Biz öz əllərimiz və beynimizlə nə bacarırıqsa qazandıq, öz ölkəmizi qururuq. Biz heç bir ölkənin tərkib hissəsi ola bilmərik. Mən sizi sata və hətta qardaş Rusiya da olsa belə, Belarusun “qarışma”sına icazə verə bilmərəm”, - deyə Lukaşenko bildirib.

Lukaşenko, həmçinin, Rusiya Prezidenti Vladimir Putinlə iki il əvvəl görüşü zamanı da bu cür addımı Belarusda heç kimin ata bilməyəcəyini qeyd etdiyini söyləyib.

“Əgər hətta mən bu addımı atsam da, bu cür qərarın qəbulundan sonra bir il ərzində belaruslular məni “yeyərlər”. Birinci prezident olmaq şərəflidir, lakin sonuncu olmaq istəmirəm, - deyə Lukaşenko vurğulayıb.

15 Apr 2024
Dünya

Özbəkistan Prezidenti Tacikistana səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev aprelin 18-də Tacikistana rəsmi səfər edəcək.

15 Apr 2024
Dünya

Tacikistan Türkiyə ilə viza rejimini bərpa edir

Tacikistan aprelin 20-dən Türkiyə ilə viza rejiminin tətbiqinə başlayacaq.

15 Apr 2024
Dünya

Tobol çayında suyun səviyyəsi 2 saat ərzində 15 sm qalxıb - VİDEO

Rusiyada, Kurqan vilayətinin yaxınlığındakı Tobol çayında suyun səviyyəsi iki saat ərzində 15 sm qalxıb.

15 Apr 2024
Dünya

Ərdoğanın İraqa rəsmi səfərinin tarixi açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də İraqa rəsmi səfər edəcək.

15 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar səbəbindən 108 mindən çox insan təxliyə edilib

Qazaxıstanda daşqın zonasından üç mindən çox insan xilas edilib, 108 mindən çox sakin təxliyə edilib. Bundan başqa, 5 411 fərdi yaşayış binası və 1 607 həyətyanı sahə su altında qalıb.