Atom elektrik stansiyalarının tullantılarından "əbədi" batareya hazırlanıb

Atom elektrik stansiyalarının tullantılarından "əbədi" batareya hazırlanıb
27 Yan 2020 11:21

Yaxın 10-15 ildə Böyük Britaniyada bir çox atom elektrik stansiyalarının öz fəaliyyətini dayandıracağı gözlənilir. Bristol Universitetinin alimləri radioaktiv tullantılardan "əbədi" batareya hazırlanması üsulunu düşünüblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Böyük Britaniyada radioaktiv tullantılarla dolu bir neçə atom elektrik stansiyası var. Əvvəllər tullantıları xüsusi ayrılmış yerlərdə basdırır və ya utilizasiya edirdilər. Alimlərin yeni həlli karbon-14 izotopunun daha səmərəli tətbiqinə imkan verir. Bu elementin parçalanma müddəti 5730 ildir. Bristol Universitetinin alimləri tərəfindən hazırlanmış və radioaktiv əraziyə yerləşdirilmiş süni almaz kiçik elektrik cərəyanı yarada bilir. Bu, min illərlə işləyə bilən batareya hazırlamağa imkan verir.

 

Belə batareyalar eşitmə aparatları, kardiostimulyatorlar, peyk və kosmik gəmilərdə istifadə edilə bilər.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.