Koronavirusun ilk əlamətləri nədir?

Koronavirusun ilk əlamətləri nədir?
27 Yan 2020 11:25

Yaponiyanın NHK telekanalı yeni növ koronavirusun ilk simptomlarını açıqlayıb.

Realpress.az Qafqazinfo.az-ya istinadla xəbər verir ki, infeksiyaya yoluxma halının ilk əlamətləri soyuqdəymə və qripə bənzəyir. Ancaq sonrakı mərhələdə bu, hərarətin artması və öskürəyə gətirib çıxarır.

Bununla bərabər, ilk mərhələdə xəstəliyin digər əlamətləri də özünü göstərə bilər. Misal üçün, xəstələrdən birinin yüksək hərarəti olmadan ishal olması faktı da mövcuddur.

 

Həkimlərin sözlərinə görə, yeni növ koronavirusun ilk simptomları həzm sistemində yaranan problemlərlə də özünü göstərə bilər. Bundan başqa, baş ağrısı, ürək bulanması və ümumi halsızlıq xəstəliyin əlamətləri sırasındadır.


23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.