“Tinder” servisində “həyəcan” düyməsi istifadəyə veriləcək

“Tinder” servisində “həyəcan” düyməsi istifadəyə veriləcək
27 Yan 2020 15:24

“Tinder” romantik tanışlıq servisində “həyəcan” düyməsi funksiyasının tətbiqi planlaşdırılır. Belə ki, istifadəçi ünsiyyət zamanı təhlükə hiss etdikdə mobil proqram vasitəsilə kömək çağıra biləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “həyəcan” düyməsi səssiz işə düşəcək. Həyəcan siqnalını kodu daxil etməklə təsdiq etmək mümkün olacaq. İstifadəçi bunu etməsə, onunla fövqəladə hallar xidmətləri əlaqə saxlayacaq və çağırış yerinə polis göndəriləcək. ABŞ-da yeni funksiyanın yanvarın axırında istifadəyə veriləcəyi gözlənilir.

 

“Tinder” sahibi qismində çıxış edən “Match Group” şirkəti “həyəcan” düyməsi funksiyasını insanların olduğu yeri izləyən və bu informasiyanı fövqəladə hallar xidmətlərinə ötürən “Noonlight” servisi ilə birgə tətbiq edəcək. Servis nümayəndəsi Eddi Beyzin sözlərinə görə, “Noonlight” məlumatları nə ötürür, nə də satır. “Biz onlardan yalnız istifadəçilərə fövqəladə hallar zamanı kömək üçün istifadə edirik”, – o bildirib.

 

O əlavə edib ki, istifadəçilər istədikləri vaxt geolokasiya funksiyasını söndürə bilərlər.

 

Gələcəkdə “həyəcan” düyməsi funksiyasının “Match Group”, “Plenty of Fish”, “Match”, “OkCupid” və “Hinge” kimi digər servislərdə də tətbiqi nəzərdə tutulur.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.