“Microsoft” şirkətinin qurucusu Bill Qeyts koronavirusla mübarizədə Çini dəstəkləyib və təxminən 5 milyon dollar məbləğində yardım edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, bu vəsait infeksiyanın daşıyıcılarının müəyyənləşdirilməsi və onların müalicə edilməsi, həmçinin peyvəndin hazırlanmasına xərclənəcək.
Bill Qeyts və həyat yoldaşının xeyriyyə fondunun Çin bölməsinin rəhbəri Li İnonun sözlərinə görə, Afrika ölkələrinə də eyni məbləğdə yardım ediləcək ki, onlar koronavirusun yayılması riskinin qarşısını ala bilsinlər.
Realpress.az
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.