DİQQƏT! Alış-veriş edən vətəndaşlara pul qaytarılacaq - VİDEO

DİQQƏT! Alış-veriş edən vətəndaşlara pul qaytarılacaq - VİDEO
03 Fev 2020 09:03

Bir müddət öncə İqtisadiyyat naziri ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisinin (ƏDV) bu aydan etibarən geri ödənməyə başlanacağını açıqlamışdı. Artıq qanunun bu tələbinin həyata keçirilməsi üçün proses tamamlanmaq üzrədir.

Realpress.az Xezerxeber.az-a istinadla xəbər verir ki, müştəriyə geri qaytarılacaq məbləğ nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15 faizi, nağd əməliyyatlar üzrə isə 10 faizi həcmində olacaq.

Hər bir vətəndaş 2019-cu il ərzində etdiyi alış-veriş və ya xidmətə görə ödənilən çeklərdə məbləğləri toplayaraq nağd ödənişlərdə həmin məbləğdən bu vəsaitin 118-ə bölünərək 10-a vurulmuş hissəsini, nağdsız ödənişlərdə isə həmin vəsaitin 118-ə bölünərək 15-ə vurulmuş həcmini çıxaraq alacağı pulu müəyyən edə bilər.

İqtisadçı-ekspert Rəşad Həsənov bu yanaşmanın dünyanın bir çox ölkələrində tətbiq edildiyini və əsas hədəfin əhalinin gəlirlərinin şəffaf müstəvidə təhlil olunmasına imkan verdiyini bildirir. Ancaq ekspert bildirir ki, qaytarılan ƏDV-nin miqdarı artırılarsa daha çox effekt əldə etmək olar.

Amma ticarət və iaşə obyektlərində ödəniş edən vətəndaşların geri ödənişləri əldə etmək üçün hara müraciət edəcəyi hələ ki, açıqlanmayıb. Odur ki, yaxın günlərdə aidiyyatı qurumların bununla bağlı ictimaiyyətə geniş açıqlama verəcəyi gözlənilir.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.