Qızının gözü qarşısında anasını bıçaqlayan Bəhmənovun ittihamı ağırlaşdırıldı

Qızının gözü qarşısında anasını bıçaqlayan Bəhmənovun ittihamı ağırlaşdırıldı
06 Fev 2020 13:09

Fevralın 1-də Bakıda keçmiş arvadına 16 bıçaq zərbəsi vuran Ceyhun Bəhmənovun ittihamı ağırlaşdırılıb.

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, aparılan istintaq tədbirləri nəticəsində C.Bəhmənovun əməli Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib. Cinayət işinin istintaqı Yasamal rayon prokurorluğu tərəfindən davam etdirilir.

Qeyd edək ki, C.Bəhmənov bir müddət öncə boşandığı keçmiş arvadı Dilarə Bəhməovaya Hüseyn Cavid parkının yaxınlığında arxadan hücum edərək əlində olan iki bıçaqla zərbələr endirib.

D.Bəhmənova həmin zaman 15 yaşlı qızını həkimə gətiribmiş və hadisə poliklinikadan çıxanda baş verib. C.Bəhmənov barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqın ilkin mərhələsində hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci ( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılmışdı, daha sonra iş CM-nin 126.2.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsinə tövsif edilmişdi.


9 Mar 2020
Kriminal

Bakıda 39 yaşlı kişi itkin düşdü

Bakının Binəqədi rayonunda Abşeron rayonunun 39 yaşlı sakini Rəşad İsmayıl oğlu İsmayıl itkin düşüb.

4 Mar 2020
Kriminal

Azərbaycanda polis həmkarını maşınla vurub öldürdü

Azərbaycanda polis həmkarını maşınla vurub öldürdü

20 Fev 2020
Kriminal

Terrorçulara qoşulan azərbaycanlı qadını İnterpol axtarır

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadını beynəlxalq axtarışa verib.

14 Fev 2020
Kriminal

Dövlətə xəyanətdə ittiham olunan Fəxrəddin Abbasova ağır cəza

Dövlətə xəyanətdə ittiham olunan Fəxrəddin Abbasova ağır cəza

13 Fev 2020
Kriminal

“Bandotdel"dən xüsusi əməliyyat - 27 nəfər həbs edildi

Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rəhbərləri Türkiyə Respublikasında yaşayan və Azərbaycan ərazisində onlayn narkotik satan şəxslərə qarşı genişmiqyaslı əməliyyat tədbiri keçirilib.