Nəcməddin Sadıkov amerikalı generalla Qarabağı müzakirə etdi - VİDEO

Nəcməddin Sadıkov amerikalı generalla Qarabağı müzakirə etdi - VİDEO
06 Fev 2020 17:27


Fevralın 6-da Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə işgüzar səfərdə olan NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı və Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Avropa komandanı general Tod Voltersin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

Qonağı salamlayan general-polkovnik N.Sadıkov ötən ilin iyul ayında Bakıda keçirilən görüşü xatırladaraq ölkəmizlə NATO arasında 26 il davam edən əlaqələrin inkişaf etdiyini, Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və hərbi qulluqçularımızın Əfqanıstandakı “Qətiyyətli Dəstək” Missiyasına verdiyi töhfəni diqqətə çatdırıb.

Baş Qərargah rəisi bildirib ki, müxtəlif sahələrdə aparılan Azərbaycan-NATO əməkdaşlığının əsas məqsədi Avro-Atlantik məkanda, həmçinin dünya miqyasında vahid təhlükəsizlik sisteminin yaradılmasında qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasıdır.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını xatırladaraq məsələnin həlli yolunun beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməsi olduğunu xüsusi qeyd edib.
Baş Qərargah rəisi NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirərək Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində general T.Volters Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.
General T.Volters NATO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Qonaq səmimi qəbula və göstərilən qonaqpərvərliyə, həmçinin Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə növbəti görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.

2 Apr 2020
Hərbi

Azərbaycan ordusunun Aprel qələbəsindən dörd il ötür

2016-cı il aprelin birindən ikisinə keçən gecə  Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı

1 Apr 2020
Hərbi

Ermənilər Qazaxda kəndləri atəşə tutdu

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

31 Mar 2020
Hərbi

Xidməti müddəti başa çatmış əsgərlər bu tarixdə ehtiyata buraxılacaq - RƏSMİ

Ölkə ərazasində koronavirus təhlükəsi ilə mübarizə çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar əsasında müxtəlif tədbirlər görülür.

31 Mar 2020
Hərbi

DSX: Ermənistana diversiyanın keçirilməsi barədə məlumat yalandır

Son aylar ərzində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şəraitinin kəskin gərginləşdirilməsi məqsədilə çoxsaylı təxribatlar törədilib

30 Mar 2020
Hərbi

Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO

 Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən, Xəzər dənizinin Azərbaycana aid sektorunda Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin iştirakı ilə taktiki təlim keçirilib.