"Azərkosmos" Yaponiya şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

"Azərkosmos" Yaponiya şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
07 Fev 2020 11:41

"Azərkosmos" ASC və Yaponiyanın Yerüstü idarəetmə seqmenti üzrə xidmət təminatçısı olan "İnfostellar" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, müqaviləyə əsasən, "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Universal Yerüstü Stansiya sayəsində "İnfostellar" şirkəti öz müştərilərinə yüksək, çox yüksək ayırdetməli və radar peyk təsvirlərinə daha asan çıxış imkanları təqdim edəcək.

"Azərkosmos"un Universal Yerüstü Stansiyası Avropa və Asiya qitələri arasında ideal bir məkanda yerləşir. Universal Yerüstü Stansiya real vaxt müddətində digər aşağıorbitli peyklərin siqnalını qəbul edir və ötürür. 5.5 m S/X diapozonlu antena sisteminə və şəbəkə infrastrukturuna malik olan yerüstü stansiya daha yığcamdır və digər aşağıorbitli peyklərin informasiyasını asanlıqla qəbul etmək imkanına malikdir. Stansiya özünün sistem imkanları baxımından müştərilərin texniki tələblərinə uyğun olaraq daha çevik xidmət göstərir.

"İnfostellar" şirkətinin baş direktoru Naomi Kurahara qeyd edib ki, məsafədən müşahidə peyklərindən əldə olunan təsvirləri dəqiq vaxtında almağımız üçün yerüstü stansiyanın olması vacibdir: ""Azərkosmos"un yerüstü stansiyasının yerləşdiyi unikal məkan bizə "StellarStation" platformamız vasitəsilə qlobal peyk operatorların aşağıorbitli peyklərinə keçid imkanı yaradacaq. "Azərkosmos"un peşəkar heyəti ilə birlikdə platformamızın əhatə dairəsini genişləndirməyimiz olduqca sevindirici haldır".


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.