Bu şəxslər dövlət qulluğuna imtahansız qəbul ediləcək - RƏSMİ

Bu şəxslər dövlət qulluğuna imtahansız qəbul ediləcək - RƏSMİ
07 Fev 2020 11:44


“Yüksəliş” müsabiqəsinin qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcək. 

realpress.az-ın məlumatına görə, bunu “Yüksəliş” müsabiqəsi ilə bağlı yaradılan İşçi qrupun rəhbəri Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin keçirdiyi dövlət qulluğuna qəbul qaydalarına dəyişiklik ediləcək:

“Yüksəliş” müsabiqəsinin hər bir qalibinə ayrılacaq 20 min manat qrantın 10 min manatı mütləq müsabiqə bitəndən sonra bir il ərzində təhsilə xərclənməlidir. Müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək. 

Həmin şəxslərin uzun müddət kadr bankında qalacağına inanmıram. Bu gün ölkədə aparılan islahatları da nəzərə alsaq, yəqin ki, onlar qısa müddətlə müvafiq işlə təmin olunacaqlar. Hətta bəzi qurumlar var ki, nəinki qaliblər, finala çıxacaq namizədlərlə belə işləmək istədiklərini ifadə ediblər. 

Müsabiqənin qalibləri üçün sonradan dövlət qulluğuna qəbul üçün imtahan tələb olunmayacaq. Biz bu barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ilə də danışmışıq. Yəqin ki, bununla əlaqədar dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik də ediləcək”.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.