Eyyub Yaqubov: “Televiziya verilişlərinin 95 faizi yaxşı deyil” - ÖZƏL

Eyyub Yaqubov: “Televiziya verilişlərinin 95 faizi yaxşı deyil” - ÖZƏL
11 Fev 2020 11:21


“Televiziya verilişlərinin 95 faizi yaxşı deyil”.

Bunu realpress.az-a Xalq artisti Eyyub Yaqubov deyib.

Sənətçi televiziya proqramlarında az görünməsini belə izah edib:

“Verilişin aparıcısından çox şey asılıdır. Proqrama qatılanda şərtlərim o olur ki, sakitlik olsun, mahnılarımı səsləndirə bilim, qarışıqlıq olmasın. Verilişlərə çıxıb təkrarlanmaq istəmirəm”.

E.Yaqubov bir çox sənətçilərin bayağılıqda günahlandırdığı Damla və Şəbnəm Tovuzlunu dinləmədiyini bildirsə də, onlara “məhkəmə” qurmağa da tələsmədi:

“Həmin müğənnilərin də öz yeri var. Yalandan niyə deyim ki, onlara qulaq asıram. Daha çox klassik musiqiləri - Hacıbaba Hüseynovu, Əlibaba Məmmədovu, Rüfət Mehdiyevi, müasir estradadan isə Brilliant Dadaşovanı, İlqar Muradovu, Aygün Kazımovanı, Zülfiyyə Xanbabayevanı, Röya Ayxanı dinləyirəm”.

E.Yaqubov yeni layihələrindən də danışıb. Xalq artisti Flora Kərimova ilə duet oxuduğunu da diqqətə çatdırıb:

“Tamam başqa mərhələyə keçirəm. Maraqlı layihələr var. Simfo, caz, muğam qarışığında bir layihə təqdim edəcəyəm. Bir neçə gün öncə Xalq artisti Flora Kərimova ilə bir filmin “soundtrack”i üçün gözəl duet yazdırdıq. Sözləri isə şairimiz Ramiz Rövşənə aiddir”.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.