Rəqsanə əri ilə klipə çəkildi - VİDEO

Rəqsanə əri ilə klipə çəkildi - VİDEO
14 Fev 2020 13:31

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla birgə kamera qarşısına keçib.

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Həyatıma xoş gəldin" adlı klipinin görüntülərini sosial şəbəkədə paylaşan Rəqsanə 14 fevral tarixinin onun üçün özəl olduğunu bildirib. Belə ki, bu gün həm sənətçinin nikah bağladığı, həm də sevgililər günüdür.

"Həyatıma xoş gəldin... İlk dəfə bu sözü sənə 8 il öncə dedim. Bu ekran işi bizim sevgi hekayəmizin başlanğıcından bəhs edir. Hər zaman sizinlə kədərimi, dərdimi bölüşdüyüm kimi bu gün xoş və xoşbəxt günümü paylaşıram. Çox həyəcanlıyam. Həm yeni ifamın, klipin həyəcanı var, həm də bu tarixin sevinci və sevincdən doğan göz yaşları... Arzu edirəm ki, hər zaman sevin və sevilin, ətrafınızda sizə dəyər verən insanlar olsun", - deyə Rəqsanə qeyd edib


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.