Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi - VİDEO

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi - VİDEO
15 Fev 2020 13:44


Məşhur axtarış şirkəti Rusiyada populyarlıq qazanan əslən azərbaycanlı müğənninin iştirakı ilə yeni reklam çarxını təqdim edib.

Realpress.az xəbər verir ki, Jony ləqəbi ilə Rusiyada məşhurlaşan (Cahid Hüseynli) “Google Russia” reklam kampaniyasının siması olub.

Video şirkətin rəsmi “YouTube” səhifəsində yerləşdirilib.

Təqdimat videosu “Google”da məşhurlar haqqında məlumatı tapmağın asan olduğunu nümayiş etdirmək üçün çəkilib. Nümunə olaraq isə Jony göstərilib.

Jony dörd yaşında olanda valideynləri ilə Azərbaycandan Moskvaya köçüb. O, uşaqlıqdan məşhur olmağı xəyal edib və nəhayət, arzusunu reallaşdırıb. Müğənninin sözlərinə görə, sənətə gəlməsində sosial şəbəkələr böyük rol oynayıb. Sənətçi ilk dəfə Bakıda “Jara-2019” beynəlxalq musiqi festivalında çıxış edib.

C.Hüseynli azərbaycanlı musiqiçi Elman Zeynalov tərəfindən qurulan “Raava Music” leybolu altında çalışır.

Rəşad Əliyev

8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.