AZE Nakhcivan-Köln SK Futbol Klubu rəsmən fəaliyyətə başladı

AZE Nakhcivan-Köln SK Futbol Klubu rəsmən fəaliyyətə başladı
17 Fev 2020 11:07

Almanyanın Köln şəhərində fəaliyyət göstərən AZE Nakhcivan-Köln SK Futbol Klubunun açılış mərasimi keçirilib. Klubun bazasında baş tutan açılış mərasiminə Türkiyə mediası da diqqət ayırıb.
Tədbirdə Türkiyə və Azərbaycanın idman sahəsində işbirliyinin önəmi vurğulanıb.
Klubun prezidenti Aydın Karaca açılış mərasimində çıxışında Almaniyada yeganə Azərbaycan klubunun açılışını həyata keçirməkdən məmnunluğunu ifadə edib: “Biz Türkiyə türkləri Azərbaycanın qardaş toplumu olduğumuz üçün idman sahəsindəki bilgi və təcrübəmizi onlarla paylaşmaq istəyirik. Hədəfimiz uşaq futboluna diqqət ayırmaq, peşəkar və səviyyəli gənc futbolçular yetişdirməkdir. Azərbaycanlı övladlarımızın yüksək səviyyəli futbolçu olaraq yetişməsi bizim üçün vacib məsələdir. Çalışırıq ki, azərbaycanlı istedadlar daha yüksək səviyyəli məşq prosesindən keçsin. Uşaqlarımızın inkişaf etməsi və onların səslərinin Avropanın adlı-sanlı klublarından gəlməsi bizim üçün qürurdur”.
Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri və AZE Nakhcivan-Köln SK Futbol Klubunun vitse-prezidenti Rəşad Quliyev bildirib ki, Avropadakı Azərbaycan türklərinin futbol klubu olmadığı üçün bu qərarı veriblər.
Rəşad Quliyev klubun adının Naxçıvan olmasını xüsusi olaraq istədiklərini ifadə edib: “Bilirsiniz ki, Naxçıvan Türkiyə ilə sərhəddə muxtar respublikadır. Naxçıvanı və Naxçıvanın timsalında Azərbaycanı Avropada tanıtmaq, eyni zamanda Azərbaycan futboluna dəstək vermək üçün bu klubun açılmasına qərar verdik. Bilirsiniz ki, Almaniya futbolu reytinqinə görə dünyada 3-cü yerdədir. Burada uşaq futboluna fərqli yanaşma var. Hesab edirəm ki, Almaniya məktəbinin xüsusiyyətlərini mənimsəmək Azərbaycan futbolunun inkişafına müsbət təsir edəcək. Çox ciddi planlarımız var. Bu planların həyata keçirilməsi üçün var gücümüzlə çalışacağıq. Bu həm də bir milli məsələdir”.
Qeyd edək ki, iki illik fəaliyyətdən sonra açılışı həyata keçirilən AZE Nakhcivan-Köln SK Futbol Klubu rəsmən fəaliyyətə başlayıb.

Realpress.az


4 Apr 2020
İdman

Bu il Bakıda Dünya Kuboku keçirilə bilər

Mayda Bakıda keçirilməsi planlaşdırılmış, lakin təxirə salınmış paracüdo üzrə Qran-Prinin yeni tarixi bilinib.

4 Apr 2020
İdman

PFL Azərbaycan çempionatını davam etdirmək niyyətindədir

Avropa Peşəkar Futbol Liqalarına (EPFL) üzv olan liqaların videokonfransı keçirilib.

3 Apr 2020
İdman

Yarımçıq qalmış Azərbaycan çempionatının qalibi açıqlandı

Basketbol üzrə Azərbaycan çempionatının qalibi elan edilib.

1 Apr 2020
İdman

Millimizin karantinə alınmış legioneri: “Analizin cavabını gözləyirəm”

Ölkə xaricində çıxış edən və koronavirus pandemiyası səbəbindən Azərbaycana qayıdarkən karantinə alınan milli komandanın legioner voleybolçuları – Yuliya Kərimova və Marqarita Əzizova özlərini yaxşı hiss edirlər. 

27 Mar 2020
İdman

“Qarabağ” ev rejimində onlayn məşqlərə start verdi - VİDEO

“Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandası (U-14) bu gündən etibarən ev rejimində onlayn məşqlərə start verib.