Səkkiz yaşlı uşaq qocalıqdan öldü - VİDEO

Səkkiz yaşlı uşaq qocalıqdan öldü - VİDEO
17 Fev 2020 14:24


Anna Sakidon səkkiz yaşında olmasına rəğmən qocalıqdan dünyasını dəyişib. Dünyada bu günə qədər sadəcə 350 nəfərdə görünən çox nadir genetik xəstəliyə görə uşaq 80 yaşlı insanın vücuduna sahib idi.

Bu barədə “tv100” xəbər yayıb.

Ukraynanın Volınsk vilayət xəstəxanasının həkimi olan Nadejda Katamanın sözlərinə görə, Anna uşaq yaşlarından xəstəxanada qeydiyyatda olub. 

“Anna bir neçə dəfə insult keçirib, o, həmçinin əzalarının tetraparesisindən (hər iki əlin və hər iki ayağın əzələlərinin iflici) əziyyət çəkirdi”, - həkim bildirib.

Qeyd edək ki, sürətli qocalma əlamətləri ilə özünü göstərən proqeriya dünyanın ən nadir xəstəliklərindən biridir, onun müalicəsi mümkün deyil.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.