Yeni nəsil elastik robotlar olduqları yeri toxunuşla müəyyənləşdirəcəklər

Yeni nəsil elastik robotlar olduqları yeri toxunuşla müəyyənləşdirəcəklər
18 Fev 2020 14:35

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri yeni nəsil elastik robotlara olduqları yeri toxunuşla hiss edərək müəyyənləşdirməyi öyrədiblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, mühəndislərin sözlərinə görə, ənənəvi avtomatik idarəetmə metodları robotları əks-əlaqə ilə təmin edən bir neçə hərəkəti müəyyənləşdirmə kamera sistemləri üzərində qurulub. Bu, mexanizmə məkanda istiqaməti müəyyənləşdirməyə imkan verir. Elastik robotlarda isə bu bir qədər fərqlidir.

 

Uzun müddət tədqiqat qrupu elastik modellərə ətrafı “hiss etməyə” imkan verəcək cihaz üçün uyğun material axtarışında olublar. Nəhayət, mütəxəssislərdən biri pyezorezistiv xüsusiyyətlərə malik və elektromaqnit maneələrdən qorunmaq üçün istifadə olunan təbəqələrdən istifadəni təklif edib. Məhz onlardan elastik sensorlar yaratmaq mümkün olub.

 

Lazımi ölçüləri əldə etmək üçün tədqiqatçılar robotların daha elastik olması üçün müxtəlif naxışlarda keçirici silikon təbəqələrin düzbucaqlı zolaqlarını lazerlə kəsiblər. Nəticədə robotlara ətrafı öyrənməyə imkan verəcək “dəri” əmələ gəlib.

 

Görülən işlərin qiymətləndirilməsi üçün tədqiqatçılar tərəfindən elastik robotlardan əldə edilən informasiyanı təhlil edən neyron şəbəkə yaradılıb. Nəticələrdən məlum olub ki, robot məkanda təkcə istiqaməti müəyyənləşdirmir, həm də tədqiqatçıların təklif etdiyi şablonlar üzərində öyrənir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.