“Azəriqaz”ın rəhbəri baş mühəndisi işdən çıxardı, 270 əməkdaşla bağlı intizam-tənbehi tətbiq etdi

“Azəriqaz”ın rəhbəri baş mühəndisi işdən çıxardı, 270 əməkdaşla bağlı intizam-tənbehi tətbiq etdi
18 Fev 2020 15:59


“Azəriqaz” İstehsalat Birliyinin vəzifə səlahiyyətlərini icra edərkən səhvlərə yol verən 270 əməkdaşı barəsində intizam-tənbeh tədbirləri tətbiq olunub.

Realpress.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

Bildirilib ki, “Azəriqaz” İB abonentlərin, o cümlədən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-əhali qrupundan olan abonentlərin problemlərini daim diqqətdə saxlayır. 

Onların üzləşdiyi çətinliklər barədə daxil olan məlumatlar dərhal araşdırılır. Bu barədə birliyin baş direktoru Ruslan Əliyevin xüsusi tapşırığı var:

“Qaz təsərrüfatının hər bir səlahiyyətli məsul işçisi abonent məmnuniyyətinə nail olmaq üçün səylə çalışmalı, xüsusən də sahibkarlarla ünsiyyətdə səbirli davranmalı, onların problemlərinin həllinə qanunvericiliyin tələbləri gözlənilməklə yardımçı olmalıdırlar”.

Bu tapşırıqların yerlərdə (Regional qaz istismar İdarələrində (RQİİ)) icrası daim nəzarətdə saxlanılır, nöqsanlara yol verən işçilər isə cəzalandırılır. Elə bu günlərdə sahibkarlarla ünsiyyətdə yol verdiyi nöqsanlara görə Lənkəran RQİİ-nin baş mühəndisi İxtiyar Höküməli oğlu Seyfullayev fevralın 17-də Birliyin baş direktorunun əmri ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, 2019-cu ildə bu və ya digər formada vəzifə səlahiyyətlərini icra edərkən səhvlərə yol verən Birliyin 270 əməkdaşı barəsində intizam-tənbeh tədbirləri tətbiq olunub. Onlardan 114 nəfər Birliyin idarəetmə aparatı, 156 nəfər isə Regional Qaz İstismar İdarələrində çalışan şəxslərdir. 

Bir daha “Azəriqaz” İstehsalat Birliyi abonentləri əmin edir ki, onların məmnuniyyətinin təmin olunması üçün bütün lazımi tədbirlər görüləcək. Bu istiqamətdə onları narahat edən məqamlar olarsa, 104/185 Çağrı Mərkəzinə zəng edə və ya (+994) 77 3 104 104 saylı “Whatsapp” nömrəsinə yazılı, səsli və ya görüntülü mesaj göndərə bilərlər.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.

19 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

19 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Andreas Rayxhardt ilə görüşüb - YENİLƏNİB + FOTO

İqtisadiyyat Nazirliyində Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt və “Grabher Group” şirkətinin baş direktoru Günter Qraberlə görüş keçirilib.

18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.