“Windows 7” istifadəçiləri kütləvi hücuma məruz qalıblar

“Windows 7” istifadəçiləri kütləvi hücuma məruz qalıblar
19 Fev 2020 17:15

Kibertəhlükəsizlik üzrə mütəxəssislər "Windows 7" sisteminin idarəetməsi altında işləyən sistemlərə qarşı edilən kiberhücumların artmasını qeydə alıb. Bu haqda "Help Net Security" məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, "2020 Webroot Threat Report" adlı hesabata əsasən, "Microsoft"un köhnə platforması üçün internetdə olan zərərverici proqramların sayı 125% artıb. Bu halda virusların 93,6%-i hər bir fərdi kompüter üçün unikal olub ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir.

 

Ən çox adi istifadəçilərin kompüterləri kiberhücumlara məruz qalırlar. Müxtəlif şirkətlərin sistemləri ilə müqayisədə onlar təhlükəli proqram təminatına 2 dəfə daha çox yoluxurlar.

 

Hesabat üçün 37 milyard URL ünvan, 842 milyon domen adı, 4 milyard IP və 31 milyon mobil proqram təhlil edilib. Ən geniş yayılmış təhlükələrdən biri fişinq adlandırılıb – internet fırıldaqçılar başqalarının məlumatlarını ələ keçirmək üçün tez-tez "Facebook", "Microsoft", "Apple", "Google", "PayPal" və "Dropbox" saytlarının saxta versiyasını hazırlayırlar. Adətən cinayətkarları başqa istifadəçilərin ödəniş informasiyası maraqlandırır.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.