Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq seminar və təlimlərə qeydiyyat başlayıb

Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq seminar və təlimlərə qeydiyyat başlayıb
20 Fev 2020 17:42

Cari ilin 02-06 mart tarixlərində ölkəmizdə təşkil olunacaq II Beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində sahə mütəxəssislərinin inkişafı və maarifləndirilməsi məqsədilə beynəlxalq seminar və təlimlərin də keçirilməsi nəzərdə tutulub.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) və "İS3S" şirkətinin birgə təşkilatçılığı ilə 3 mart tarixində dövlət və bank sektorunda çalışan kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün "Pentestinq" üzrə praktiki seminar keçiriləcək. Seminar tanınmış rusiyalı kibertəhlükəsizlik mütəxəssisi və tədqiqatçısı Yuri Qurkin tərəfindən aparılacaq, "pentest"in növləri, metodikası, texnoloji həlləri təqdim ediləcək.

 

İKT LAB-ın təşkilatçılığı ilə keçiriləcək növbəti tədbir 05 mart tarixində baş tutacaq "Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı" olacaq. Məqsəd kibertəhlükəsizlik üzrə mütəxəssislərin beynəlxalq sertifikatlaşdırma imkanları barədə iştirakçıları məlumatlandırmaqdır. Eyni zamanda "Ethical Hacker", "İSO/İEC 27001:2015" standartı əsasında beynəlxalq sertifikat və "CompTİA security " beynəlxalq sertifikatları və onların əldə edilməsi yolları haqqında daha ətraflı təqdimatlar olacaq.

 

"Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı"nın davamı olaraq, 10-14 mart tarixlərində "ISO/IEC 27001:2015 standartı – "İnformasiya təhlükəsizliyinin idarə edilməsi sisteminə olan tələblər" əsasında beynəlxalq sertifikatlaşdırma təlimi və martın 10-dan başlayaraq 2 ay müddətində davam edəcək "CompTİA Security ", yəni "İT təhlükəsizliyinin əsasları" beynəlxalq sertifikatlaşdırma təlimi təşkil ediləcək.

 

İştirakçılar təlimdə iştirak etməklə yanaşı, beynəlxalq imtahanları uğurla keçərək, beynəlxalq sertifikat almaq imkanı əldə edəcəklər.

 

Qeyd edilən təlimlər kibertəhlükəsizlik sahəsində ölkəmizin kadr potensialının gücləndirilməsi, eləcə də dövlət orqanları, idarə, müəssisə və təşkilatların beynəlxalq sertifikatlı mütəxəssislərə malik olması və kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil edilir.

 

"www.cyberweek.az"və "www.iktlab.az"internet saytlarında seminarlar və təlimlər haqqında ətraflı məlumat almaq və proqramlarla tanış olmaq mümkündür.

 

Seminar və təlimlərdə iştirak etmək istəyən şəxslər İKT LAB Tətbiq və Tədris Mərkəzinin 99412 5050113 telefon nömrəsi və telim@iktlab.az elektron poçtu ilə əlaqə saxlayıb, qeydiyyat üçün müraciət edə bilərlər.


Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.