Tayvanın “HTC” şirkəti yeni nəsil qarışıq reallıq eynəyi hazırlamaqla məşğuldur. Qurğunun ölçüləri artıq təqdim edilmiş “Vive Cosmos” virtual reallıq sistemi ilə müqayisədə kiçik, çəkisi isə yüngül olacaq. Şirkətin rəsmisi yeni eynəyin “5G” smartfonlara qoşula biləcəyini istisna etmir.
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, layihənin işçi adı “Project Proton” adlanır. Onun prototipi daha çox xizək maskası və ya çox böyük günəş eynəklərini xatırladır və təqdimatı gözlənilən “Cosmos XR” modeli kimi işləyir.
“Magic Leap” və “Microsoft”un “HoloLens” qurğularından fərqli olaraq, hər iki qarnitur "keçid” ön kameraları ilə təchiz ediliblər, yəni istifadəçilər yarımşəffaf şüşələrin arasından deyil, virtual elementlərlə qarışmış real dünyadan olan təsvirə baxırlar.
“HTC” şirkətinin direktoru İv Metrin sözlərinə görə, “Project Proton” aktiv hazırlama mərhələsindədir, buna görə hələlik spesifikasiya və təxmini qiymət haqqında nəsə demək mümkün deyil.
Realpress.az
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.