Vətəndaşlar keyfiyyətindən şübhələndikləri istənilən qida məhsulunu laboratoriyalarda yoxlatdıra bilərlər

Vətəndaşlar keyfiyyətindən şübhələndikləri istənilən qida məhsulunu laboratoriyalarda yoxlatdıra bilərlər
21 Fev 2020 12:37

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) növbəti "Açıq qapı" günü keçirilib. Tədbirdə vətəndaşlar, bir sıra ictimai təşkilatlar və qida sahəsində fəaliyyət göstərən şirkətlər, həmçinin KİV nümayəndələri iştirak ediblər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Realpress.az-a verilən məlumata görə, "Açıq qapı" gününün keçirilməsində məqsəd qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində ictimai nəzarət mexanizminin gücləndirilməsi, vətəndaşların prosesdə aktiv iştirakının təmin edilməsidir.

AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin müdiri Xalid Bayramlı məlumat verib ki, hazırda İnstitutun bazasında Bakıda və regionlarda ən müasir tələblərə cavab verən laboratoriyalar fəaliyyət göstərir. Seçilmiş potensiallı kadrlar təlimlərə cəlb edilərək, laboratoriyalarda müvafiq işlə təmin olunublar. Laboratoriyalarda müayinələr beynəlxalq standartlara uyğun, müasir metodlarla həyata keçirilir.

Bildirib ki, laboratoriyalarda yaradılan imkanlar Azərbaycanda əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi ilə yanaşı, qida məhsullarının ixrac imkanlarının genişlənməsinə də şərait yaradır.

Həmçinin, vətəndaşlar tərkibi və keyfiyyətindən şübhələndikləri istənilən qida məhsulunu İnstitutun beynəlxalq tələblərə cavab verən laboratoriyalarında yoxlatdıra bilərlər.

"Açıq qapı" gününün iştirakçıları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda qida təhlükəsizliyinin təbliği istiqamətində həyata keçirilən bu tədbirin maariflənmə baxımından əhəmiyyətini xüsusi vurğulayıb və görüşə görə təşəkkürlərini bildiriblər.


29 Mar 2024
Cəmiyyət

“Böyük Dəbilqə”: İlk gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

29 Mar 2024
Cəmiyyət

Xırdalanda 10-dan çox qumbara tapıldı - FOTO/VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sursat aşkar edilib.

29 Mar 2024
Cəmiyyət

Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə olublar - FOTO

Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.

29 Mar 2024
Cəmiyyət

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilib və bu qanlı hadisə Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.