TƏBİB-in sədri: ""Sahə həkimi" anlayışı “ailə həkimi” anlayışı ilə əvəz ediləcək"

TƏBİB-in sədri: ""Sahə həkimi" anlayışı “ailə həkimi” anlayışı ilə əvəz ediləcək"
21 Fev 2020 12:45

"Sahə həkimi" anlayışı "ailə həkimi" anlayışı ilə əvəz ediləcək və ölkədə yaşayan hər bir ailə üçün əlçatanlıq təmin ediləcək.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətlərinin ən yüksək səviyyədə olmasını tələb edir.

R.Bayramlı qeyd edib ki, TƏBİB-in strukturunda Ailə həkimliyi, ana və uşaq sağlamlığının təşkili şöbəsi yaradılıb ki, bu da bilavasitə ilkin səhiyyə xidmətlərinin təkmilləşməsi və yüksək pilləyə çatmasını təmin edəcək:

"Bu sahədə beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsi işləri sürətləndirilib. "Ailə həkimi institutu" anlayışını ölkəmizdə daha yüksək mərhələyə çatdırmaq üçün Dünya Bankı, Ümumdünya Səhiyyə Təşkilatı və s. kimi müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir və layihələr işlənib hazırlanır. Hətta ailə həkimliyi ixtisası üzrə xüsusi təlim mərkəzləri yaradılacaq və mövcud sahə həkimləri ailə həkimi kimi tam formalaşdırılacaq".


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.