İranda parlament seçkiləri keçirilir

İranda parlament seçkiləri keçirilir
21 Fev 2020 13:06

İranda 54 min seçki mәntәqәsinin 40 mini qeyri-sәyyar mәntәqәdir.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın daxili işlәr nazirinin müavini vә Seçki Komissiyasının sәdri Camal Ürf jurnalistlәrә açıqlamasında deyib.

Onun sözlәrinә görә, İran Daxili İşlәr Nazirliyi seçkilәrin keçirilmәsi üçün şәrait yaradıb.

Ürf qeyd edib ki, seçkilәr üçün әlavә bülleten hazırlanaraq seçki mәntәqәlәrinә tәhvil verilib. Buna görә bülleten çatışmazlığı yaranmayacaq. İndiyәdәk seçkilәrdә hәr hansı problemlә әlaqәdar mәlumat daxil olmayıb.

Qeyd edәk ki, bu gün İranda keçirilәn sayca 11-ci parlament seçkilərində 290 yer uğrunda 7,1 mindən çox namizəd mübarizə aparır. Budəfəki parlament seçkilərində səsvermədə seçki hüququ olan 57 milyon 918 min seçici var. Seçkilәr 208 dairə və 54 mindən çox məntqədə həyata keçirilir.


18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.