Realpress.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə fevralın 20-si günorta saatlarında iş prosesi zamanı baş verib.
“Azəraqrartikinti”nin zavodunda operator, Ağdam rayon sakini, 1957-ci il təvəllüdlü Sahib Mirzəyev və baş operator İmran Əsədov betonqarışdıran avadanlığa sement tökərək, onu hazır vəziyyətə gətiriblər.
Daha sonra İmran Əsədov betonqarışdıran avadanlığın içində Sahib Mirzəyevi görməyərək, onu işə salıb. Bu zaman S.Mirzəyev betonla birgə qarışaraq xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.
Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub.
Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.
Bakıda yeni elektrik avtobusu istifadəyə verilib.