“Google Play”dən zəhlətökən reklama malik yüzlərlə tətbiq silinib

“Google Play”dən zəhlətökən reklama malik yüzlərlə tətbiq silinib
21 Fev 2020 14:57

“Google” şirkəti “Google Play” proqramlar mağazasından istifadəçilərə zorla reklam təqdim edən təxminən 600 mobil tətbiqi silib. Ümumilikdə qaydanı pozan proqramlar 4,5 milyard dəfədən çox yüklənilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Google”un maşın təliminə əsaslanan yeni sistemi qaydanı pozanları aşkar edib. "Vicdansız tərtibatçılar zəhlətökən reklam yaradaraq onları maskalamaq üzrə daha da peşəkarlaşıblar, amma biz belə reklamlardan qorunmaq üçün öz texnologiyamızı yaratmışıq" – “Google”un reklam trafikinin keyfiyyəti üzrə böyük menecer Per Byorke deyib.

 

Reklam "əlfəcinləri" olan proqram müəlliflərinin hesabları, həmçinin blok edilib. “Google” şirkəti reklamları üzə çıxan pəncərələrdə göstərilmə ehtimalı olan brendlərə kompensasiya ödəməyə söz verib.

 

Zərərli proqramların çox hissəsi Çin, Hindistan və Sinqapurdan olan tərtibatçılar tərəfindən hazırlanıb. Çinin “Cheetah Mobile” istehsalçısı dəfələrlə qaydanı pozub. “Google” onun 40-dan çox proqramını silib. Reklamlar, bir qayda olaraq, ingilisdilli istifadəçiləri hədəf almışdı.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.