Ağrı hiss edən robot nümayiş etdirilib

Ağrı hiss edən robot nümayiş etdirilib
26 Fev 2020 15:55

Yaponiyanın Osako Universitetinin mühəndisləri “Affetto” robotunun təkmilləşdirilmiş versiyasını təqdim ediblər. Robot uşaq gülümsəyə, qaşqabağını tökə, ağlaya, gözlərini yuma bilirdi, indi isə o, ağrını hiss edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Affetto” robotu üzərində işlərə 2011-ci ildə başlanılıb. Gülümsəyən "körpə" süni dəri ilə örtülmüş realistik baş skeletinə malikdir. Bu və ya digər emosiyanı ifadə etmək üçün müəyyən şəkildə öz formasını dəyişən 116 datçik quraşdırılıb.

 

Robot uşağın yeni versiyası taktil datçikə elektrik boşalması tətbiq edildikdə aktivləşən "süni ağrı sistemi" ilə təchiz edilib. Alim düyməyə sıxan kimi buna cavab olaraq “Affetto” robotunun sifəti diksinməyə, qırışmağa başlayır.

 

Aparıcı tədqiqatçının fikrincə, "ağrı datçikləri" nə vaxtsa maşınlara mərhəmət ifadə etməyə, başqasının dərdinə şərik olmağa imkan verəcək. "Biz Yaponiyada bütün cansız cisimlərin ürəyə sahib olmasına inanırıq, buna görə bu cəhətdən metal robot insandan heç nə ilə fərqlənmir: insan və əşyalar arasında daha az sərhəd var" – layihənin rəhbəri deyib.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.