Rezidenturaya sənəd qəbulu sabah başa çatır

Rezidenturaya sənəd qəbulu sabah başa çatır
26 Fev 2020 17:04

2020/2021-ci tədris ili üçün rezidenturaya sənəd qəbulu 27 fevral günün sonunadək davam edəcəkdir.

Dövlət İmtahan Mərkəzindən Realpress.az-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra kabinetin istifadəçi adı və parolundan istifadə etməklə 2020-ci il 27 fevral saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub "Namizədin elektron ərizəsi" formasını doldurur və təsdiq edir (etdirir).

26 fevral saat 12:35-ə olan məlumata əsasən 987 namizəd (Azərbaycan bölməsi - 882; rus bölməsi - 105) ərizəsini təsdiq edib. İmtahana yalnız elektron ərizəsini təsdiq etmiş namizədlər buraxılır.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2020-ci il aprelin 19-da keçiriləcəkdir.

Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan (40 və daha çox bal toplayan) rezidentlər (rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturanı bitirdikdən və ya rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar;

Qeyd 2. Rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliyə əsasən cari ildən əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. İmtahanda iştirak etmək arzusunda olan tələbələr Mərkəz fevralın 27-dək qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar (bax: "Rezidentura" jurnalı, № 1, 2020, səh. 2).

Qeyd 3. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.