Qaraciyərin əsas funksiyalarından biri detoksikasiya funksiyasıdır. Hər dəqiqə insan orqanizminə çoxlu sayda ziyanlı maddələr daxil olur, həmçinin ziyanlı maddələr müxtəlif metabolik proseslər nəticəsində orqanimin özündə yaranır.
Qaraciyər bütün bu maddələri zərərsizləşdirir. Qaraciyərin fəaliyyəti dayanarsa insan bir neçə saatdan sonra komya düşür və 1-2 gündən sonra həlak olur. Bunun səbəbi toksiki maddələrin həddindən artıq toplanması nəticəsində orqanizmin zəhərlənməsidir.
Orqanimi ziyanlı maddələrdən təmizləyən qaraciyər özü də bu maddələrin mənfi təsirinə məruz qalır. İnsan ziyanlı qidaları yeyir, siqaret çəkir, spirtli içkiləri içir, yerli-yersiz dərman, vitamin, BAD və s. qəbul edirsə, qaraciyər çox yüklənir ki, nəticədə bu orqanda pozulmalar inkişaf etməyə başlayır.
Mütəxəssislər qaraciyərin sağlamlığına daim nəzarət etməyi tövsiyə edirlər. Bunun üçün insan sağlam qidalanmalı, ziyanlı vərdişlərdən imtina etməli, dərmanları yalnız həkimin təyini ilə içməli, fiziki aktiv olmalıdır.
Bəzi qida məhsulları qaraciyərin funksiyalarını bərpa etməyə, bu vacib orqanın sağlamlığını qorumağa yardım edir.
Realpress.az sizə bu məhsulları təqdim edir:
Sarımsaq qaraciyəri təmizləyir və funksiyalarını yaxşılaşdırır.
Çuğundur qaraciyərin hüceyrələrini yeniləyir, orqanı təmizləyir.
Sarıkök öd kisəsini və qaraciyəri təmizləyir, iltihabları azaldır.
Qreypfrut qaraciyərə güclü antioksidant təsir edir, qaraciyərin funksiyalarını yaxşılaşdırır.
Alma tərkibində olan pektinlər sayəsində bütün orqanizmi və o cümlədən qaraciyəri təmizləyir, ziyanlı maddələri xaric edir.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.