Mehriban Əliyevadan keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi vurulan qadına DƏSTƏK

Mehriban Əliyevadan keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi vurulan qadına DƏSTƏK
27 Fev 2020 11:32

Keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi vurulan Dilarə Bəhmənovanın müalicəsi ilə bağlı məsələlər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fondun dəstəyi ilə həyata keçirilir.

D.Bəhmənovanın anası Elmira Zeynalova Qafqazinfo-ya açıqlamasında bildirib ki, təxminən bir həftə əvvəl Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ona zəng edərək, qızının səhhəti ilə maraqlanıb:

“Anar müəllim dedi ki, Mehriban xanım qızım Dilarənin başına gələn hadisə barədə məlumatlıdır və onun müalicəsi üçün lazım olan bütün tədbirlərin görülməsini tapşırıb. Ondan sonra hər gün bir neçə yüksək ixtisaslı həkimlər Dilarənin müalicə aldığı xəstəxanaya gəlib baş çəkirlər.

Həkimlər onu müayinə edib, müalicənin növbəti addımlarını qərarlaşdırırlar. Dilarə ilk olaraq “Semaşko”da əməliyyat edilmişdi, amma həkimlər yenidən əməliyyat olunmasını tövsiyə etdi. Bütün bunlara görə Mehriban xanıma təşəkkür edirəm. O da anadır, onun da iki qızı var, məni başa düşüb. Biz onlara çox minnətdarıq. Müalicə ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb və bu, bizim ailə üçün böyük dəstəkdir”.

Qeyd edək ki, D.Bəhmənova fevralın 1-də 15 yaşlı qızını həkimə aparanda keçmiş əri Ceyhun Bəhmənovun hücumuna məruz qalıb. C.Bəhmənov iki bıçaqla ona 16 bıçaq zərbəsi vurub.

C.Bəhmənov Şuşa şəhərinin keçmiş icra başçısı Nizami Bəhmənovun oğludur.

Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, C.Bəhmənov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.Realpress.az


5 Apr 2020
Siyasət

Baş nazir Tədbirlər Planını təsdiqlədi

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edib.

4 Apr 2020
Siyasət

İlham Əliyevdən İsmət Səttarovla bağlı SƏRƏNCAM

Azərbaycan Respublikası Prezident İlham Əliyev İsmət Rəcəb oğlu Səttarovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb. 

4 Apr 2020
Siyasət

Prezident Əhməd İsmayılova vəzifə verdi - SƏRƏNCAM

Azərbaycan Respublikası Prezident İlham Əliyev Əhməd Məhəmməd oğlu İsmayılovun Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. 

4 Apr 2020
Siyasət

İlham Əliyev Vüqar Səfərlini vəzifəsindən azad etdi

İlham Əliyev Vüqar Səfərlini vəzifəsindən azad etdi

4 Apr 2020
Siyasət

Milli Məclis yanında komissiyanın sədri bəlli oldu

Milli Məclis yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib.