Virtual karabakhyuxarı QMİ-dən Həcc ziyarəti açıqlaması - Koronavirus təhlükəsinə görə

Virtual karabakhyuxarı QMİ-dən Həcc ziyarəti açıqlaması - Koronavirus təhlükəsinə görə
27 Fev 2020 12:25

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirus təhlükəsi ilə əlaqədar Həcc ziyarətinin dayandırılıb-dayandırılmayacağına aydınlıq gətirib.

QMİ-dən APA-ya bildirilib ki, bu məsələ hələlik gündəmdə deyil:

“Hələlik Səudiyyə Ərəbistanında əməkdaşlıq etdiyimiz şirkətlər tərəfindən Azərbaycana heç bir müraciət daxil olmayıb. Çox güman ki, belə müraciət virusun yayıldığı ölkələrə aid olacaq”.

QMİ-dən bildirilib ki, Həcc ziyarətinə getmək üçün indiyədək 280 nəfər müraciət edib. Ziyarətə getmək üçün sənədlərin qəbulu yanvarın 24-dən başlanılıb və mayın sonuna qədər davam edəcək. Bu il Həcc ziyarəti üçün kvotanın sayı 1500 nəfər təşkil edir. Ziyarətin qiyməti 4490 ABŞ dolları olacaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı yeni koronavirus təhlükəsi ilə əlaqədar Ümrə ziyarətinin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb. Realpress.az


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.